VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, Respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Kəlbəcər Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə bağlı aşağıdakı qaydalar müəyyən olunmuşdur.
1.Yerlərdə Səyyar qəbullar müvəqqəti olaraq təxirə salınır.
2. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçiriləcək. Fərdi qəbullar müvəqqəti olaraq, onlayn qəbul ilə davam etdiriləcək.Onlayn rejimdə qəbul növbəlilik əsasında vətəndaşlarla aparılacaqdır.
3. Xahiş edirik müraciətlərinizi icra hakimiyyətinin rəsmi saytına ( http://kelbecer-ih.gov.az ), facebook ( https://www.facebook.com/kelbecer1993/ ) səhifəsinə yönləndirəsiz. Bütün müraciətlər elektron şəkildə ən qısa zamanda cavablandırılacaqdır.
4.Vətəndaşlar fasiləsiz olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
(022)267-50-03 və (050)354-25-60 Başçının müavini- -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İkram Salmanov
(022)267-50-06 Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova
(022)267-51-00 və (051)251-55-10 Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Xanoğlan Əhmədov
(022)267-50-13 və (050) 375-21-21 Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mahir Muxtarov
050-375-52-63 Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev
Qaynar xətt: (022)267-50-12