Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər RİH başçısı Azər Qocayev məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ADAU-nun 6 saylı yataqxanasının dam örtüyünün təmir-tikintisi işlərinin gedişatı ilə yerində tanış oldu

14 iyul 2020 | 16:00

11 iyul 2020-ci il tarixdə Gəncə şəhərinə yağan güclü yağış nəticəsində Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının dam örtüyündən yağış suları köçkünlərin  yaşadıqları  mənzillərə dolaraq acınacaqlı vəziyyət yaratmışdır.
    Yaranmış çətinliyin aradan qaldırılması məqsədi ilə Kəlbəcər RİH başçısı Azər Qocayev dərhal əraziyə getmiş, yaranmış vəziyyətlə yerində ətraflı tanış olmuş, problemin tezliklə aradan qaldırılması məqsədilə aidiyyatı qurumlara ciddi tapşırıqlar vermişdir.
    Kəlbəcər RİH-nin müraciəti əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yataqxananın dam örütüyünün təmir edilməsi məqsədi ilə müəyyən inşaat materialları və su boruları alınmışdır. Hazırda binanın dam örtüyünün 4000 kvadratmetr hissəsinin yenidən təmir olunması işlərinə başlanılmışdır.
      Kəlbəcər RİH başçısı Azər Qocayev təmir-tikinti işlərinin gedişatı ilə yerində tanış olmuş, aidiyyatı üzrə müvafiq göstəriş və tapşırıqlar vermişdir.

           

 

           

 

           

 

            

 

           

 

            

 

           

 

 

 

 

Keçidlər