Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra hakimiyyətində könüllülük fəaliyyəti göstərən gənclərə sertifikatlar təqdim olundu.

06 dekabr 2019 | 16:00

06 dekabr  2019-cu il tarixdə, Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra hakimiyyətində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclərə sertifaktların təqdim olunması tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının birinçi müavini Eldəniz Mehtiyev könüllülük fəaliyyətinin Respublikamızdakı inkişafından söz açaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin könüllülük fəaliyyətinin əhatəsinin genişləndirilməsi haqda tapşırığı gənclərə böyük stimul olduğunu qeyd etdi. Daha sonra könüllü Həsənov Alı Knyaz oğlu könüllülərə yaradılan şəraitə və göstərilən diqqətə görə möhtərəm cənab Prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi. Sonda könüllülərə Kəlbəcər Rayon İcra Hakimiyyəti  tərəfindən  sertifikatlar təqdim olundu.

Keçidlər