Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq" tur-aksiyasınında iştirak edəcək məktəblilərlə görüş keçirildi.

12 noyabr 2019 | 16:00

12.11.2019-cu il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin akt zalında, "Ölkəmizi tanıyaq" tur-aksiyası cərcivəsində noyabrın 13-də Quba – Qusar – Xaçmaz  bölgələrinə yola salınacaq Kəlbəcər rayonundan olan IX-XI sinif şagirdləri ilə görüş keçirildi. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin rayon icra Hakimiyyətinin inzibati binasında ucaldılmış büstü və 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər Şəhidlərinin Abidə Kompleksi önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildirdilər.
    Daha sonra tədbirdə çıxış edən Kəlbəcər RİH başçısı cənab Aqil Məmmədov ilk öncə cənab Prezidentimiz İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində respublikamızın dinamik sosial-iqtisadi inkişaf tempinə nail olduğunu qeyd edərək təhsilin, səhiyyənin, idmanın inkişafına, qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışdı. A.Məmmədov həmçinin keçirilən tur-aksiyanın əhəmiyyətindən danışaraq layihənin əsas məqsədinin şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummiilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək və günü-gündən abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdan ibarət olduğunu bildirdi.  Görüşdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirlər.

Keçidlər