Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində həqiqi - hərbi xidmətlərini başa vurmuş gənclərlə görüş keçirildi.

23 iyul 2019 | 16:00

23 iyul  2019-cu il tarixdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasının AKT zalında rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun rəhbərliyi ilə hərbi xidmətə çağrılmış  və hərbi xidmətdən təxris olunmuş  gənclərlə görüş keçirildi. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsinin əməkdaşları və idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak etdi.  Tədbiri giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov ordu sıralarından tərxis olunmuş gəncləri həqiqi hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik etdi, dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən, eyni zamanda ölkəmizdə  bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük nailiyyətlərin əldə olunmasından danışdı. Natiq qeyd etdi ki, Azərbaycan Silahlı qüvvələrinin tərkibində həqiqi - hərbi xidmətdə olan 120 nəfər gəncimiz təxris olunub və davam etməkdədir. 170 nəfər gəncimiz isə həqiqi - hərbi xidmətə yola salınmışdır. Tədbirin sonunda cənab Aqil Məmmədov  həqiqi  -hərbi xidmətlərini başa vurmuş bir qrup  gəncə  xatirə hədiyyələri  təqdim etdi.

Keçidlər