Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

10 may 2019 | 16:00

Tədbir iştirakçıları ilk öncə Ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək Ümummilli liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi.  Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən, apardığı məqsədyönlü daxili və xarici siyasətdən danışdılar. Qeyd etdilər ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatımız dinamik sürətlə inkişaf edir.

Keçidlər