Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qanlı faciənin 27 ili tamam olur

08 aprel 2019 | 16:00

Aprel ayının 8-i 2019-cu il tarixdə Ağdaban kənd sakinlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirildi. Mərasim iştirakçıları əvvəlcə qəsəbədə yerləşən Kəlbəcər Şəhidlərinin Abidə Kompleksinin önünə tər qərənfillər qoydular. Daha sonra Kəlbəcər rayon İcra hakimiyyyətində akt zalında davam etdirilən tədbirdə şəhidlərin xatirəsi ehtiramla anıldı. İcra Hakimiyyəti başçısı Aqil Məmmədov anım mərasimində çıxış edərək bildirdi ki, Ağdaban soyqırımı son 200 ildə erməni cəlladlarının azərbaycanlılara və bütün türk dünyasına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları ağır texnikadan istifadə etməklə öz havadarlarının köməyi ilə Ağdaban və Çayqovuşan kəndinə hücum edərək hər iki kəndi yer üzündən sildilər. Soyqırımı nəticəsində 34 nəfər qətlə yetirilib, 7 nəfər diri-diri yandırılıb, 8 nəfər 90-100 yaşlı qocaya divan tutulub, 5 nəfər əsir götürülüb, onlarla dinc sakin isə şikəst edilib. Həmçinin erməni vandalları uşaqları, qadınları, ahılları qətlə yetirməklə yanaşı, şair Qurban və Dədə Şəmşir ocağını yandıraraq buradakı qiymətli əlyazmaları və nadir tarixi əşyaları məhv etdilər.
     Tədbirdə Ağdaban faciəsinə həsr olunmuş videocarx nümayiş etdirildi.  Daha sonra çıxış edən Ağdaban kənd sakinləri başlarına gətirilən müsibətdən danışdılar. Ağdabanlılar bu illər ərzində dövlət tərəfindən onlara xüsusi diqqətlə yanaşıldığını qeyd edib, işğal altındakı torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına, doğma yurd-yuvalarına qayıdacaqlarına  əminliklərini  ifadə  etdilər.

Keçidlər