Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində Konstitutsiya günü qeyd olundu

12 noyabr 2018 | 16:00

12 noyabr 2018-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətində 12 noyabr - Konstitutsiya günü münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra hakimiyyətinin Başçısı və aparatın məsul işçiləri iştirakı etdilər.  Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov ilk öncə Konstitutsiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək müstəqillik tariximizdə ilk Konstitusiyamızın qəbul edilməsinin demokratik, hüquqi dövlətin quruculuğu baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı və bu Ali Qanunun ərsəyə gəlməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışdı.Tədbirdə çıxış edənlər Konstitutsiyanın cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik sənəd olduğunu   bildirdilər.

Keçidlər